Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarkovdan bizness forum keçiriləcək

Xarkovdan bizness forum keçiriləcək


Ukrayna-Rusiya müharibəsindən ən çox ziyan çəkən şəhərlərdən biri Xarkovdur. Ukrayna hökümətinin qərarı ilə Xarkov qəhrəman şəhər statusu verilib. Eyni zamanda şəhərin tarixi əhəmiyyəti nəzərə alınaraq şəhərin tarixi görkəminin bərpası üçün işlərə start verilib. Yaxın zamanlarda Xarkov şəhərinin yeni baş planının təsdiq ediləcəyi gözlənilir.

Newscenter.az xəbər verir ki, Xarkov şəhər adminstrasiyası şəhərin yenidən qurulmasında dost ölkələrlə əməkdaşlıq etməkdə maraqlıdır. Eyni zamanda Azərbaycan şirkətləri ayrı-ayrılıqda Xarkov şəhərinin bərpası layihələri ilə maraqlanmışlar. Hər iki tərəfin marağını nəzərə alaraq Xarkov şəhər meriyası, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu və Azərbaycan Tikinti İstehsalçıları Assosasiyasının təşkilatçılığı ilə 11 may Bakı vaxtı ilə saat 12.00-da online Xarkov-Bakı Tikinti Forumunun keçiləcək.

Online forumda Xarkov şəhərinin meri İqor Terexov, tikinti və yenidən qurma sahəsində məsul olan şəxslər iştirak edəcəklər. Online konfrans zamanı Azərbaycanlı iş adamlarına tikinti sahəsində görüləcək işlər barədə məlumat veriləcək.

Eyni zamanda layihələrin reallaşdırılması üçün tələb edilən hüquqi prosedurlar, stimullaşdırıcı tədbirlər barədə danışılacaq.

Forumda iştirak etmək istəyən şirkətlər Azərbaycan Tikinti İstehsalçıları Assosasiyasında qeydiyyatdan keçməyə dəvət edilir.

Mehman
Xəbəri paylaş