Azərbaycan öz suveren ərazisində Laçın - Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsini (SBM) qürub, fəaliyyətə başladığı gündən beş gün sonra Ermənistan baş naziri Nikol Paşinyanın açıqlaması əsl həqiqətdə daxili auditoriya hesablanıb. Məsələ ondadır ki, baş nazir Paşinyan Azərbaycan Ermənistanla sərhəddə Laçı-Xankəndi yolunda SBM-ni qurduqdan sonra Ermənistanda gərginləşən daxili siyasi-ictimai vəziyəti sakitləşdirmək istəyir. Nəzərə alaq ki, sözü gedən SBM-nin açılışından sonra hətta Paşinyanın fiziki məhvi açıq müzakirə çevrilib.
Sözsüz ki, Paşinyanın 10.11.2020 üçtərəfli Bəyanatın tələblərini təhrif etməklə həm də Rusiya ilə mübarizəsini davam etdirir.
Rusiya Qarabağda öz sülhməramlılarına göndərdiyi yeni komandan general Lentsovun Araik Arutunyunyanla görüşməsi dolayısı o faktı təsdiq edir ki, Rusiyanın Ermənistana mövcud rıçaqları lazımı təsir göstərə bilmir və Kreml "stavkanı" Qarabağ separatçılarına edib. Rusiya regionda mövcudluğunun vasitəsi kimi Qarabağda separatizmin davamında görür. Ona görə də Rusiyadan vəziyyətin dəyişməz qalmasına çalışır və Moskvanın təklif etdiyi hər hansı sülh təşəbbüsü ancaq formal xarakterli olmaqla, vəziyyətə nəzarəti qoruyub saxlamaqdır.
Bu arada Fransa XİN-nin başçısı Kolonnanın regiona səfərinin Bakıdan başlaması, Ceyhun Bayramovla görüşməsi və onu cənab prezident İlham Əliyevin qəbul etməsi, verilən açıqlamalar, Kolonnanın davranışı onu göstərir ki, Fransa Azərbaycana qarşı sərt və qərəzli siyasətinin əhəmiyyətsiz olduğunun fərqinə varıb. Kolonnanın İlham Əliyevlə Nikol Paşinyanın görüşündə Fransanın prezidenti Makronun iştirakı ilə Praqa əldə etdiyi uğurda Fransanın əli olduğunu qabartmaqla bir növü geriyə addım atdığını göstərməyə çalışır. Fransa məlum edib ki, Azərbaycanla təhdid, təzyiq dili danışmaq Azərbaycanı tutduğu yolundan dayandırmır və bu hal əksinə Fransa nüfuzdan salır. Görünən odur ki, Makron Kolonna xanımı qabağa salmaqla Azərbaycanla münasibəti müəyyən qədər də olsun normallaşdırmağa çalışır. Ancaq bəllidir ki, Fransa ümumən Ermənistan, erməni sevgisindən əl çəkən deyil.
Dünyada artıq güc faktoru həlledici hakim qüvvədir və eləcə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan güc tətbiqi daha təsirli, qarşısıalınmazdır. Ən maraqlısı odur ki, ABŞ, ÇİN kimi dövlətlər Azərbaycanın addımlarına anlaşılan mövqedən yanaşır. Bu vəziyyətin özü də əlavə qüvvə deməkdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas