Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın praktik siyasi nəticə verə biləcək gedişi -ÖZƏL

Azərbaycanın praktik siyasi nəticə verə biləcək gedişi


Azərbaycan ekofəalları, içtimai aktivistlər, gənc könüllülər Laçın-Xankəndi yolunda 138 gündür davam edən ekoloji aksiyanı dayandırıldığını bəyan ediblər. Bəs, görəsən aksiya iştirakçıları qarşılarına qoyduqları məqsədlərə nail oldularmı?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Vüqar Dadaşov deyib ki, keçirilən ekoaksiyanın məhz siyasi əhəmiyyəti və nəticələri Azərbaycan dövlətinin, xalqının milli maraqlarını qorumaq üçün ən əlverişli vasitə kimi yumşaq güc nümayişi idi:

"Sözsüz ki, aksiyanın təşkili və belə üsulun tətbiqi həm də Azərbaycanın praktik siyasi nəticə verə biləcək gedişi, müdrik və müəyyən müddət perspektivinə hesalanmışdı. Azərbaycanın ekofəal gedişi polittexnologiya elminin tətbiqinin, istifadəsinin çox parlaq nümunəsidir. Polittexnoloji gedişlərinin konkret nəticələrə hesablanması çox mürəkkəb və riskli prosesdir. Sonda dəqiq və hesablanmış nəticənin əldə edilməsi həmin dövlətin rəqibləri üzərində faktiki hərbi, siyasi, psixoloji qələbəsidir".

Vüqar Dadaşov qeyd edib ki, ekofəal gedişi həm də Azərbaycanda "dərin dövlət" anlayışının formalaşması istqamətində olduqca mühüm ictimai-siyasi prosesdir:

"Uğurla nəticələnən ekofəal gedişinə görə Azərbaycan dövləti, xalqı haqq etdiyi böyük alqışa layiqdir".

Mehman
Xəbəri paylaş