"Ekofəalların aksiyası kifayət qədər uğurlu keçdi, hədəfinə çatdı. İlk dəfə idi ki, Azərbaycan vətəndaş cəmiyyəti fəalları belə bir aksiyaya imza atdılar. Bu aksiya Rusiya sülhməramlılarının fəaliyyətində də dəyişikliyə səbəb oldu və ən əsası bu aksiya nəticəsində Ermənistandan Xankəndinə qanunsuz daşınmaların qarşısı alındı".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Politoloq qeyd edib ki, nəticədə əsas tələbimiz olan Laçında nəzarət buraxılış məntəqəsi quruldu:
"Ekofəalların aksiyası dövründə Azərbaycan rəsmiləri ilə erməni icması arasında görüş keçirildi. Bütün bunlar ciddi irəliləyişlərdi və Azərbaycanda vətəndaş cəmiyyətinin milli maraqlar yolunda apardığı mübarizəni göstərir".
Qeyd edək ki, 138 gündür Xankəndi-Laçın yolunda ekofəalların davam edən aksiyasının bu gün müvəqqəti olaraq dayandırılması qərara alınıb.
Anar