“138 gündür ki, Xankəndi-Laçın yolunda davam edən ekofəalların aksiyasının müvəqqəti dayandırılması qərarı vaxtında atılan addımdır”.
Bu fikirləri Newscenter-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, ekofəalların tələblərindən biri Qarabağa qeyri-qanuni səfərlərin, silah daşınmasının qarşısının alınması məqsədilə nəzarət buraxılış məntəqəsinin yaradılması idi ki, Xankəndi-Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin quraşdırılması ilə aksiyanın tələblərindən biri yerinə yetirilmiş oldu:
“Ekofəalların tələblərindən bir digəri Qarabağdakı yataqlarda qanunsuz fəaliyyətlərin qarşısının alınması, orada monitorinqlərin həyata keçirilməsinə şəraitin yaradılması idi ki, bu tələbin də qısa zamanda yerinə yetiriləcəyi şübhəsizdir. Əks təqdirdə Elə bu səbəbdən də aksiya müvəqqəti dayandırılıb”.
Süleyman İsmayılbəyli hesab edir ki, aksiyanın müvəqqəti dayandırılması həm də separatçılara müəyyən zaman tanımaq deməkdir:
“Ya onlar qeyri-qanuni hərəkətlərinə son qoyub dövlət nümayəndələrimizin monitorinq aparmasına şərait yaradacaqlar, ya da bunu güc yolu ilə təmin edəcəyik. Hesab edirəm ki, separatçı tör-töküntülərin fikirləşmək üçün az zamanı qalıb”.
Mehman