"Bizim birliyimizi istəməyənlər var. Türkiyə və Azərbaycanın gücü bir-birinin gücünü daha da artırır. Bu birliyə qısqanclıqla yanaşanlar var".
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev sözügedən media qurumunun baş redaktoru Osman Atəşliyə müsahibəsi zamanı səsləndirib.
Hikmət Hacıyev müsahibə zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa da toxunub və bildirib ki, Türk dünyasının əməkdaşlığını daha da gücləndirmək üçün bundan sonra da işlərimizi davam etdirəcəyik:
"Biz qardaş Azərbaycan olaraq Türkiyənin son 20 ildə əldə etdiyi nailiyyətləri, bu gün dünyada söz sahibi olmasını, əldə etdiyi siyasəti alqışlayırıq".
Hikmət Hacıyev qeyd edib ki, qardaş Türkiyəd dünyada ədalət naminə çalışan, sülh, sabitliyi dəstəkləyən bir ölkədir:
"Biz qardaş Azərbaycan olaraq Türkiyənin hər uğuruna sevinirik".
Mehman