“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "İKT-də Qızlar Günü"nə həsr olunan “QadınTalks 2” layihəsi keçirilib.
Newscenter.az xəbər verir ki, layihənin məqsədi İKT sahəsində fərqlənən qadınlarla gənclər arasında təcrübə mübadiləsinə şərait yaratmaq, qazanılan uğurlar haqqında müzakirələr aparaq, gənclərin suallarına cavab tapmaq, onlara düzgün istiqamət verməkdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin binasında təşkil olunan tədbirdə müxtəlif sahələrdə uğur qazanmış xanımlar və İKT sahəsinə marağı olan gənclər iştirak edib.
Tədbirin açılış nitqini İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemin departamentinin müdiri Yevgeniya Bikmurzina, Gənclər və İdman Nazirliyinin İnnovativ İnkişaf sektorunun məsləhətçisi Zülfiyyə Mustafayeva və “Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova edib.
Daha sonra “Reel” rəqəmsal Marketinq Agentliyinin kreativ direktoru Şəfiqə Elşən, Azərbaycan Respublikasının Kosmik Agentliyi – (Azərkosmos) Radiotezliklərin koordinasiyası və idarəolunması üzrə qrupunun rəhbəri Sitarə Mehdiyeva, “Gamepons” şirkətinin həmtəsisçisi, “Forbes 30 under 30” siyahısında olan Fidan Rüstəmli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədrinin innovasiya üzrə müşaviri Leyla Hacıyeva, “Balli Bisi” şirkətinin təsisçisi və rəhbəri Esmira Avilovanın iştirakı ilə panel müzakirəsi başlayıb, spikerlərlə İKT, qadınların bu sahədə rolu, öz həyat təcrübələri və digər mövzularda müzakirə aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallara cavab veriblər.
Sonda isə, qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
Mehman