Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib

İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib


"İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun".

Newscenter.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

"Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür", - dövlət başçısı vurğulayıb.

Sevinc
Xəbəri paylaş