Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan öz haqq işindən bir addım belə geri çəkilən deyil -ÖZƏL

İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan öz haqq işindən bir addım belə geri çəkilən deyil


"Hər bir dövlət öz təhlükəsizliyini təmin etməkdən ötrü bir sıra zəruri tədbirlər görür ki, bunlardan biri də sərhəd infrastrukturunun möhkəmləndirilməsi, inkişaf etdirilməsidir. Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin qurulması ölkəmizin təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir və bu addım zərurətdən yaranan bir reallıqdır. Çünki Ermənistan dövləti və bu dövlətin rəhbəri Nikol Paşinyan bilərəkdən üç tərəfli bəyanatın müddəalarını yerinə yetirmir, regionda gərginliyi artıracaq təxribatçı ritorikadan çıxış etməyə davam edir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Ermənistan tərəfindən müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz silah-sursat daşınması da buna bariz nümunədir:

"Rəsmi Bakı mütəmadi olaraq İrəvan rəhbərliyinin avanturist, qeyri-konstruktiv siyasət həyata keçirməsini müxtəlif platformalarda dilə gətirmiş, beynəlxalq birliyi tutduğu mövqedən dolayı Ermənistana təzyiq etməyə çağırmışdır. Lakin çox təəssüf olsun ki, biz tamamilə bunun əksini müşahidə etmişik və bu gün də eyni situasiya ilə qarşılaşırıq".

AVP rəsmisi deyib ki, proseslərin başlamasından iki ilədən artıq vaxt keçməsinə baxmayaraq AŞPA başda olmaqla beynəlxalq birlik Ermənistanın qanunsuz, beynəlxalq hüquqa zidd fəaliyyətlərinə fikir bildirmir, qarşı tərəfin təxribatlarını görməzdən gəlir:

"Əvəzində isə ölkəmizə qarşı hər zaman ikili standartların şahidi oluruq. AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Yan Liddel Qrancer, Liz Kristofersen və Kimmo Kilyunen, Boriana Aberqin nəzarət-buraxılış məntəqəsi ilə bağlı qərəzli bəyanatı tamamilə əsassızdır və məlum qurumun Azərbaycana qarşı destruktiv yanaşmasının təzahürüdür. Nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suverin haqqıdır ki, bu beynəlxalq hüquqda da öz əksini tapmışdır. Bu gün Laçın-Xankəndi yolunda məlum vəziyyətlə bağlı anti-Azərbaycan mövqeyi sərgiləyən Avropa İttifaqı, digər tərəfdən Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməyə can atır və ölkəmiz üzərindən Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarından yararlanmaq istəyir. Və bu da ona işarədir ki, həmin qüvvələrin ermənipərəst mövqeyinin ardında Ermənistan sevgisi yox böyük siyasi-iqtisadi maraqlar dayanır. Təbii ki, ölkə rəhbəri, cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan öz haqq işindən bir addım belə geri çəkilən deyil".

Anar
Xəbəri paylaş