Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran terroristləri Azərbaycana ekstradisiya edəcəkmi? -ÖZƏL

İran terroristləri Azərbaycana ekstradisiya edəcəkmi?


İranda antiterror əməliyyatlarının keçirildiyi bildirilir. Məlumata görə, bu ölkədə yaradılan və fəaliyyət göstərən "Hüseyniyyum" terror təşkilatının bütün üzvləri həbs edilib. Sözügedən terror təşkilatının əsas hədəfində olan ölkələrdən birinin də Azərbaycan olduğunu nəzərə alsaq, o halda ortaya maraqlı sual çıxır. Görəsən, İran həmin terroristləri Azərbaycana təhvil verəcəkmi?

Newscenter.az-ın xəbərinə görə, politoloq Samir Hümbətov hesab edir ki, İran həmin terroristlər üzərindən manipuliyasiya etməyə çalışır:

"Belə ki, son günlər gərgin olan İran-Azərbaycan mümasibətlərinin yumşaldılması üçün cüzi də olsa görüntü yaratmağa çalışırlar. Əgər İran həqiqətən də, bu qədər kəskin hal almış münasibətləri yumşaltmaq istəyirsə, jest olaraq həmin terroristləri Azərbaycana təhvil verməlidir. Əks halda, Tehran rejminin addımları manipuliyasiya kimi dəyərləndirilə bilər".

Anar
Xəbəri paylaş