Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky biznesdə kibertəhlükısizlik problemlərini araşdırıb

Kaspersky biznesdə kibertəhlükısizlik problemlərini araşdırıb


Kaspersky-nin sorğusuna* əsasən, əsas kibertəhlükəsizlik problemləri işçilərin rəqəmsal savadlılığının aşağı səviyyəsi (22%) və kiberhücumlar nəticəsində məlumat sızması hesab olunur (23%). İnformasiya təhlükəsizliyinə getdikcə artan diqqət biznes liderlərini gələcək və ya hazırkı təchizatçıların şəffaflıq siyasətini ən ön sıraya qoymağa məcbur edir.

Newscenter.az xəbər verir ki, internetdə saxlanılan və insanlar tərəfindən mübadilə edilən məlumatların həcmi artmaqda davam edir. IDC-nin proqnozlarına görə, 2025-ci ilə qədər dünyada məlumatların həcmi 180 zettabayt təşkil edəcək. İstifadəçilər şirkətlərin onların məlumatlarını necə etibarlı şəkildə idarə etdikləri ilə getdikcə daha çox maraqlanırlar. Müvafiq olaraq, informasiyanın qorunması biznes üçün də əsas vəzifəyə çevrilir.

Kaspersky-nin İT rəhbərləri arasında apardığı qlobal sorğusuna görə, rəhbər işçilərin yarıdan çoxu (55%) İT təhlükəsizliyinin ən böyük probleminin məlumatların sızması səbəbindən korporativ və müştəri məlumatlarının açığa çıxması olduğunu deyir. Digər ümumi narahatlıqlara getdikcə mürəkkəbləşən texnoloji mühitlərin qorunması xərcləri (43%) və bulud infrastrukturunun tətbiqi problemləri (38%) daxildir.

O da məlum olub ki, şirkətlər artıq öz təchizatçılarının və podratçılarının şəffaflıq siyasətinə böyük əhəmiyyət verirlər: respondentlərin 91%-i hesab edir ki, şəffaflıq siyasətinin mövcudluğu təchizatçı və ya podratçı ilə əməkdaşlıq üçün vacib şərtdir. Dünya üzrə sorğuda iştirak edən təşkilatların 78%-i artıq öz şəffaflıq siyasətinə malik olduğu halda, 81%-i onun gələcək inkişafına resurslar yatırmağa hazır olduqlarını təsdiqləyib.

“Müəssisələr məlumatların qorunması məsələlərində daha şüurlu yanaşmağa başlayıblar. Təchizatçılar və podratçılarla qarşılıqlı əlaqəyə gəldikdə bunun əhəmiyyəti daha da artır. Müştərilər və tərəfdaşları şirkətin tələb olunan standartlara uyğun işləməsinə inanmağa kömək etmək üçün daha çox şirkət şəffaflıq siyasəti hazırlayır və tətbiq edir. Kaspersky rəqəmsal etibarlılıq sahəsində sənayenin öncüllərindən biridir. Biz müştərilərimiz və tərəfdaşlarımıza həllərimizi və biznes əməliyyatlarımızı təsdiq etmək üçün alətlər təqdim edirik. Kaspersky olaraq şəffaflığın sənayedə bir standarta çevrilməsi üçün çalışmaqda davam edəcəyik”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Hücum və məlumat sızması riskini minimuma endirmək üçün Kaspersky təhlükə aşkarlanması və ona cavab vermə imkanlarını sübut etmiş son nöqtələrin təhlükəsizliyi həllərindən istifadə etməyi tövsiyə edir. İdarə olunan xidmətlər üzrə agentlər təşkilatlara mütəxəssislərin köməyi ilə hücumları araşdırmaqda kömək edir. Eləcə şirkətlər də rəqəmsal savadlılıqla bağlı təlimlər keçməlidirlər. Bu cür təlimlər işçilərin səbəb olduğu insident riskini azaldır.
Şirkətlərin 2022-ci ildəki kibertəhlükəsizlik xərcləri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: Kaspersky IT Security Calculator.

Biznesin İnformasiya Təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2022-ci ildə keçirilib. Sorğuda 26 ölkəni təmsil edən 50-dən çox işçiyə malik şirkətlərin 3230 mütəxəssisi iştirak edib.

Natiq
Xəbəri paylaş