Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlunun Atatürk hava limanını verəcəyi şəxs Amerika kəşfiyyatının adamı çıxdı -ÖZƏL

Kılıçdaroğlunun Atatürk hava limanını verəcəyi şəxs Amerika kəşfiyyatının adamı çıxdı


CHP sədri Kamal Kılıçdaroğlunun Atatürk hava limanını verəcəklərini dediyi Özmen ailəsinin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə çalışdığı ortaya çıxıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı haber7.com yayıb. Məlumata görə, Özmen ailəsinə məxsus şirkətlər Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə elektron kəşfiyyat, müşahidə və kəşfiyyat xidmətləri göstərib.

Həmçinin, Eren Özmenə məxsus Sierra Nevada Corp-a aid olan təyyarələrlə Liviya və Suriyada ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin əməkdaşlarını daşındığı ortaya çıxıb.

Qeyd edək ki, CHP lideri seçkilərdə qələbə qazanacağı təqdirdə Atatürk Hava Limanını aviasiya-kosmos mərkəzi edəcəklərini və idarəçilyinin də Özmen ailəsinə veriləcəyini demişdi.

Mehman
Xəbəri paylaş