"Rusiya sülhməramlı qoşunlarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov ilk gündən həddini aşdı".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Rusiya sülhməramlı qoşunlarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsovun fəaliyyətə başladığı ilk gündən Qarabağdakı separatçılarla görüşməsi belə deməyə əsas verir:
"Bu açıq şəkildə həm Azərbaycana hörmətsizlik, onun ərazi bütövlüyünə sayğısızlıqdır, həm də separatizmə dəstək, erməni maraqlarına xidmət etmək deməkdir. Lentsovun ortaya qoyduğu mğvqe sülhməramlıların missiyasına, fəaliyyətinə də ziddiyyət təşkil edir".
Analitik Qrup hesab edir ki, bundan sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından daha çox ermənipərəst mövqe və separatçıların maraqlarına uyğun fəaliyyətlər müşahidə edəcəyik.
Mehman