Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“MEDİAlab” layihəsi çərçivəsində növbəti vörkşop təşkil olunub

“MEDİAlab” layihəsi çərçivəsində növbəti vörkşop təşkil olunub


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Space Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vörkşop təşkil olunub.

Newscenter.az xəbər verir ki, komanda şəklində keçirilən vörkşop zamanı Elman Bakuvi tərəfindən müsahibənin götürülməsi, xəbərin hazırlanması, “stand up” kimi mövzularda səsləndirilən suallar əsasında gənclərə praktik tapşırıqlar verilib və qalib komandalara hədiyyələr təqdim olunub.

R.Mehdiyeva
Xəbəri paylaş