Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mülkiyyətçi ilə bir yerdə yaşayan şəxslərin hüquq və vəzifələri hansılardır? -ÖZƏL

Mülkiyyətçi ilə bir yerdə yaşayan şəxslərin hüquq və vəzifələri hansılardır?


Azərbaycanda ən çox müşahidə edilən və məhkəmə predmeti olan məsələlərdən biri də yaşayış sahəsindən istifadə ilə bağlıdır. Belə ki, bəzən mülk sahibinin ailə üzvü, yaxud yaxınları olmayan, müəyyən müddət ərzində həmin mülkdə yaşayan kənar şəxslər məhkəməyə müraciət edərək orada yaşama hüququna malik olduğunu iddia edirlər. Bəs, görəsən mülkiyyətçi ilə bir yerdə yaşayan şəxslərin hüquq və vəzifələri hansılardır?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, 01.10.2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə - həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir^

“Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyıti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”.

Vəkil deyib ki, yaşayış sahəsi mülkiyyətçisi ilə başqa razılaşma yoxdursa, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

İnqilab
Xəbəri paylaş