Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Türkiyə idmançılarının qələbələrini Azərbaycana ərməğan etməsi xalqımızın duyğularına toxundu"

Prezident: "Türkiyə idmançılarının qələbələrini Azərbaycana ərməğan etməsi xalqımızın duyğularına toxundu"


"Siz doğrudan da bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirəm. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi".

Newscenter.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Türkiyə idmançılarının İrəvanda qələbə qazanmalarının qürurverici olduğunu vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə”.

Gənc idmançıları növbəti dəfə Qarabağa edən dövlət başçısı bildirib: “Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun. Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür”.

Sevinc
Xəbəri paylaş