Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Gürcüstana təzminat ödəyəcək -ÖZƏL

Rusiya Gürcüstana təzminat ödəyəcək


Baş qərargahı Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası 2008-ci ildə Cənubi Osetiya müharibəsi ilə bağlı Rusiyaya qarşı qaldırılan və Gürcüstanı haqlı hesab etdiyi iddia ilə bağlı yeni qərarını açıqlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, məhkəmə qərarında Cənubi Osetiya və bufer zonada mülki vətəndaşların ölümləri və münaqişə zamanı yüzlərlə insanın xəsarət almasına görə, Rusiyanı günahkar hesab edib. Qərarda həmçinin qeyd edilir ki, ən azı 23 min Gürcüstan vətəndaşlarının Cənubi Osetiya və Abxaziyadakı evlərinə qayıtmasının qarşısı alınıb.

Bu səbəblərə görə AİHM-in qərarına əsasən, Rusiya Gürcüstana vurduğu mənəvi ziyana görə 129 milyon avrodan çox təzminat ödəməlidir.

Məhkəmə kompensasiyanın 3 ay ərzində ödənilməsinə qərar verib.

Mehman
Xəbəri paylaş