"Bir neçə ay davam edən bu aksiyanın dayandırılması doğru qərar oldu. Azərbaycanın Laçında keçid məntəqəsi yaratmasından sonra bu aksiyanın əhəmiyyəti qalmamışdı".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın müvəqqəti dayandırılmasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, Azərbaycan aksiyanın müvəqqəti olaraq dayandırılmasını elan edib:
"Məsələ ondadır ki, bu aksiya Xankəndidə ekoloji məsələlər üzündən başlanılmışdı. Azərbaycan hələlik bu məqsədinə dolayı yolla çatsa da, konkret olaraq problemin mənbəyində monitorinq aparmaq istəyindən əl çəkməyib. Odur ki, aksiya hər an yenidən başlaya bilər, amma bu dəfə ekoloji tələblərə ciddi şəkildə əməl olunana kimi. Bu zaman artıq ya ekoloqlar Xankəndiyə girəcək, ya da separatçıların rəhbərliyi Xankəndidə Azərbaycan əsgərini görəcəklər".
Anar