"Türkiyə və Azərbaycan bir millət iki dövlət olaraq həm meydanda, həm də xarici siyasətdə birgə fəaliyyət göstərir. Qarabağ zəfərimiz bunun gözəl bir nümunəsidir".
Newscenter.az haber7.com-aistinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sözügedən media qurumunun baş redaktoru Osman Atəşliyə müsahibəsi zamanı səsləndirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılması Azərbaycan və Türkiyə qardaşlığının, eləcə də bizim liderlərimizin gərgin əməyinin nəticəsidir:
"Bütün sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı var. Məqsədimiz bunu daha da inkişaf etdirməkdir. Bütün sahələrdə, media, sənaye, hərb, təhsil və s. sahələrdə Şuşa Bəyannaməsində göstərilən müttəfiqlik üçün daha çox çalışmalıyıq".
Mehman