Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Təhsil haqqında" qanuna dəyişiklik zamanın tələbidir -ÖZƏL

"Təhsil haqqında" qanuna dəyişiklik zamanın tələbidir


"Təhsil haqqında qanuna dəyişiklik edilməsi zamanın tələbidir. Çünki hər bir sahədə olduğu kimi təhsil sahəsindı də günümüzün tələblərinə, müasir çağırışlara uyğun olaraq yeniliklər baş verir. Bu yeniliklərlə ayaqlaşmaq üçünsə qanunvericilik bazasını da təkmilləşdirmək lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin açıqlamasında yer alıb. İctimai Birlikdən daxil olan açıqlamada bildirilib ki, xüsusilə təhsilə cavabdeh olan müvafiq qurumların strukturlarında baş verən dəyişikliklər, Təhsil Nazirliyinin bazasında Elm və Təhsil Nazirliyinin yaradılması "Təhsil haqqında" qanunda da dəyişiklik zərurəti yaradıb:

"Hesab edirik ki, bu dəyişikliklər təhsil sahəsində yeniliklərə səbəb olacaq, onun daha da inkişafı, tərəqqisinə zəmin yaradacaq".

Natiq
Xəbəri paylaş