Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əlavə məlumat veriləcək.
Mehman