Ukrayna Rusiyaya qarşı genişmiqyaslı hücuma keçəcək. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Oleksii Reznikov deyib.
Nazir ölkəsinin Rusiya qüvvələrinə qarşı irimiqyaslı hücuma hazırlığının başa çatdırmaq üzrə olduğunu və ümumiyyətlə hərəkətə keçməyə hazır olduqlarını açıqlayıb.
“Allahın icazəsi, əlverişli hava şəraiti və komandirlərimizin qərarı olan kimi hücuma keçəcəyik”, - deyə Ukraynanın müdafiə naziri Oleksi Reznikov bildirib. Ancaq nazir hücumun başlama tarixi barədə məlumat verməyib.
Reznikov ölkəsinin çoxlu müasir texnikaya malik olduğunu, Qərbdən gələn bəzi texnikalar üçün orduda hazırlığının davam etdiyini bildirib.
Mehman