Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Newscenter.az-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Mehman