Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı üçün Vaşinqton, Moskva və Brüssel platforması

Bakı üçün Vaşinqton, Moskva və Brüssel platforması


Bu gün Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Yayılan məlumatdan sonra Rusiya Moskvada da növbəti da belə bir görüşün keçiriləcəyini bəyan edib.
Bildiyimiz kimi, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin və ümumiyyətlə münasibətlərin tənzimlənməsi üçün faktiki olaraq üç Vaşinqton, Moskva və Brüssel platforması mövcuddur. Hər bir platformanın təbii ki, öz maraq dairəsi olmaqla həm də bir-birləri ilə rəqabət aparır.

Azərbaycan üçün konkret olaraq hansı platformanın daha əlverişli və hansı tərəfin Ermənistan - Azərbaycan arasında real sülhün əldə edilməsinə maraqlı olması baxımından sözsüz ki, ABŞ-ın təklif etdiyi platforma Azərbaycanın maraqlarını tam əks etdirir. Bəllidir ki, Cənubi Qafqazda sülhün əldə edilməsi son nəticə etibarı ilə Rusiyanın regionu tərk etməsi ilə yekunlaşmalıdır və təbii ki, Rusiya buna razı ola bilməz. Brüssel formatı mahiyyət etibarı ilə Fransa başda olmaqla Aİ-nın regiona girişi və möhkəmlənməsi məqsədi daşıyır və Aİ-nın açıqcasına Ermənistana təəssübkeş münasibəti göz qabağındadır.

Bəli, Azərbaycan üçün Vaşinqton platforması ən əlverişli platforma olsa da, Moskva, Brüssel platformalarından da imtina etmir. Hər bir halda Azərbaycan qalib dövlət kimi masada əyləşir və nəinki Ermənistanı fakt, yeni reallıqlar qarşısında qoyur və eləcədə Rusiyanı, Fransanı, ABŞ-ı və digırlərini "onsuzda Azərbaycan istədiyini edəcək" yanaşmasına uyğunlaşmalarını şərtə çevirib.

Ermənistan - Azərbaycan arasında yekun sülhün əldə edilməsi təbii ki, dövlətlərin və onların ərazi bütövlüyünün, suverenliyinin toxunulmazlığı prinsiplərinə, eləcədə sərhədlərin demorkasiyası, Zəngəzur dəhlizi məsələsini əhatə etdikdə onun işlək və dayanıqlı olmasını şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi, əgər Ermənistan 29.8 kv.km ərazidə mövcudluğunu qorumaq istəyirsə Azərbaycanın şərtlərini qəbul etməlidir. Geniş mənada isə Azərbaycan üçünsə Vaşinqton, Moskva, Brüssel platforması fərq etməz.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Xəbəri paylaş