Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Eren: "Özbəkistanda keçirilən refendum Yeni İnkişaf Strategiyasının həyata keçirilməsində mühüm addımdır"

Hikmət Eren: "Özbəkistanda keçirilən refendum Yeni İnkişaf Strategiyasının həyata keçirilməsində mühüm addımdır"


Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren də Özbəkistanda konstitusiya dəyişikliyi üçün keçirilən referendumda müşahidəçi qismində iştirak edir.

Newscenter.az xəbər verir ki, Hikmət Eren referendumla bağlı Özbəkistan mətbuatına açıqlama verib.

Sözügedən konstitusiya islahatını şərh edən EkoAvrasiya İdarə Heyətinin sədri deyib ki, bu referndum və konstitusiyaya təklif edilən dəyişikliklər Özbəkistanın 2022-2026-cı illər üçün qəbul edilmiş Yeni İnkişaf Strategiyasının həyata keçirilməsində və vətəndaşı hər şeydən üstün tutan daha ədalətli dövlət quruculuğunda mühüm addımdır:

"Özbəkistanın inkişaf strategiyasına çağın və cəmiyyətin ehtiyaclarına uyğun hüquq sistemi dəstək olacaq. Digər tərəfdən, Özbəkistanın içində olduğu dəyişiklik prosesinin ölkənin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinə müsbət töhfə verəcəyi də görülməkdədir".

Hikmət Eren onu da diqqətə çatdırıb ki, əslində konstitusiya yenilənərkən IV. bölmədə də dəyişikliklərin edilməsi diqqət çəkir:

"Yeni əlavə edilən maddələrdən biri olan 18-ci maddədə “Özbəkistan dövlətlər və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlərin hərtərəfli inkişafına yönəlmiş sülhsevər xarici siyasət yürüdəcək” ifadəsi verilir".

NEWSCENTER.AZ
Xəbəri paylaş