Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yarımfinal turu keçirilib

Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yarımfinal turu keçirilib



“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yarımfinal turu keçirilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən müsabiqənin yarımfinal turunda 2 şagird və 1 tələbədən ibarət olmaqla, 4 komanda (20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli "Zəkalar" liseyi və 7 nömrəli tam orta məktəbin komandaları) iddiaçı və cavabdeh kimi çıxış edib.

Newscenter.az xəbər verir ki, nəticədə 7 nömrəli tam orta məktəb və 287 nömrəli "Zəkalar" liseyinin komandaları qalib gələrək final mərhələsinə vəsiqə qazanıblar.

Müsabiqənin final turu aprelin 30-u Azərbaycan Respublikasının Ali Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə təşkil etdiyi müsabiqədə ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir. Müsabiqənin keçirilməsində məqsəd şagird və tələbələrin hüquqi biliklərinin artırılması, gələcəkdə fəal vətəndaş kimi öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanış olma imkanlarını təmin etməkdən ibarətdir.
Xəbəri paylaş