Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyədən dünyaya daha bir nümunə -ÖZƏL

Azərbaycan və Türkiyədən dünyaya daha bir nümunə


“Günümüzdə Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bütün parametrlər üzrə daha da inkişaf edərək hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Eyni zamanda bu münasibətlər, qarşılıqlı əlaqələr dünya üçün bir nümunəyə çevrilir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfərini şərh edərkən səsləndirib. Bakı ilə Ankara arasında əlaqələrin inkişaf, eləcə də türk dünyasının birlik və bərabərliyi, həmrəylik nümayiş etdirməsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi rolu və fəaliyyəti olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, dövlət başçısı Cənab İlham Əliyev də İstanbulda keçirilən “TEKNOFEST” festivalında çıxışı zamanı bu faktı qeyd edib:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır”.

İqbal Məmmədov onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin qardaş ölkəyə səfəri zamanı ən yadda qalan və anlamlı hadisə isə fevralın 6-da dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində Azərbaycan dövlətinin inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması mərasimi oldu:

“Bu faktın özü də bir daha dünyaya Azərbaycan və Türkiyənin timsalında dostluq-qardaşlıq nümunəsi göstərir. Təsdiq edir ki, iki qardaş ölkə hər zaman bir yerdədir və bundan sonra da birgə addımlayacaq. Prezidentin dediyi kimi Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

Anar
Xəbəri paylaş