"Laçında qurulan nəzarət buraxılış məntəqəsinin kifayət qədər tez və operativ şəkildə istifadəyə verilməsi bütün dünyaya göstərdi ki, Azərbaycanın məqsədi Qarabağ ərazisində qayda-qanun yaratmaq və giriş-çıxışı təmin etməkdir".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, artıq erməni sakinləri də ondan istifadə edir və bu bütün dünyaya nümayiş etdirilir:
"Qısa zamanda orada işin təşkili həm şəffaflıq baxımından, həm də təhlükəsizlik tədbirləri baxımından çox müsbət və qabaqlayıcı oldu. Dünya birliyi də gördü ki, Azərbaycan bu işləri ən yüksək səviyyədə hayata keçirir və məqsəd şəffaflığı təmin etməkdir".
Anar