“İran adlanan ölkədə keçirilən aksiyalarda son dönəmlərdə bir qədər səngimənin olması müvəqqəti xarakter daşıyır. Aksiyalarda müşahidə edilən səngimələr xalqın yenidən ayaqlanması, daha mütəşəkkil şəkildə etirazlar keçirməsi üçün yeni bir nəfəsdir”.
Bu fikirləri Newscenter.az-a Bütov Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Ələkbərli səsləndirib. BAO rəsmisi hesab edir ki, az bir müddət sonra İran daha böyük etiraz aksiyalarının şahidi olacaq:
“Çünki İran adlanan ölkənin əhalisinin ən azı 80 faizi indiki rejimdən narazıdır və onun dəyişməsini istəyir. Məsələnin əsas mahiyyəti budur. İran rejimi də öz növbəsində ən iyrənc metodlarla bu aksiyaların qarşısını almağa çalışır. Ancaq İran heç bir halda nail ola bilməyəcək və etiraz aksiyaları çox qısa müddətdən sonra yenidən başlayacaq”.
Faiq Ələkbərli hesab edir ki, yeni mərhələdə ən ci:ddi rol bu ölkədə məskunlaşmış türklərə məxsus olacaq:
“Güney Azərbaycan türklərinin proseslərə ciddi şəkildə qoşulması rejimin sonunu gətirəcək”.
Anar