Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndinin mühasirədə olması barədə yalanları ifşa etdik -ÖZƏL

Xankəndinin mühasirədə olması barədə yalanları ifşa etdik


Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın yaratdığı nəzarət buraxılış məntəqəsindən erməni vətəndaşların keçid etməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdən də aydın olur ki, ermənilər heç bir problem olmadan, sənədlərini təqdim etməklə asan şəkildə ərazidən keçə, sərbəst şəlkildə hərəkət edə bilirlər.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, biz dünyaya Qarabağ əhalisi ilə problemimiz olmadığını göstərdik:

"Xankəndinin mühasirədə olması barədə yalanları da ifşa etdik. Qalan gömrük və pasport prosedurları zamanla qanunlarımıza uyğun səkildə tətbiq ediləcək".

Ekspert qeyd edib ki, cəmisi iki günə 30 illik problem həll oluna bilməz:

"Səbrli olaq. Qalıb olmağı, sevinməyi bacaraq".

Anar
Xəbəri paylaş