Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Ermənistanı silahlandırır -ÖZƏL

Fransa Ermənistanı silahlandırır


“Fransanın Ermənistandakı səfirliyinin tərkibində hərbi missiya yaratması Parisin yenidən regionda gərginlik yaratmaq, Ermənistanı silahlandırmaqla onu müharibəyə sürükləmək cəhdindən başqa bir şey deyil”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, Parisin bu addımı həm də diplomatik xidmət fəaliyyətinə ziddir:

“Heç bir ölkənin bu və ya digər dövlətdə olan səfirlik və yaxud digər diplomatik nümayəndəliyinin tərkibində hərbi missiya adlı qurum yoxdur. Səfirliklər tərkibində yalnız hərbi atteşelər fəaliyyət göstərir, hərbi missiyalar deyil”.

Analitik Qrup hesab edir ki, Fransanın bu addımı Ermənistanı müharibəyə meyilləndirməməlidir:

“Ermənistan rəhbərliyi bilməlidir ki, Fransanın onu silahlandırması vəziyyəti heç də onun xeyrinə dəyişməyəcək. Çünki Azərbaycan Ordusunun nəyə qadir olduğunu Ermənistanla yanaşı bu gün onu silahdırmağa çalışan Fransa da çox yaxşı gördü. Ona görə də Ermənistan rəhbərliyi və cəmiyyəti Framsa, İran, Hindistan kimi avantürist ölkələrin xoş vədlərinə aldanıb vəziyyəti gərginləışdirmək əvəzinə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı olsalar daha yaxşı olar”.

Mehman
Xəbəri paylaş