Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevi hədəf alanların məqsədi Azərbaycanı məhv etməkdir! -ÖZƏL

İlham Əliyevi hədəf alanların məqsədi Azərbaycanı məhv etməkdir!


"Azərbaycan strateji-coğrafi məkanda yerləşdiyi üçün tarixin müxtəlif dövrlərində qonşu dövlətlərin o, cümlədən dünya dövlətlərinin diqqətini cəlb edib. Bu baxımdan Cənubi Qafqaz regionunu daim böyük siyasi oyunların episentri olub. Müasir dünyada Azərbaycan yüksək beynəlxalq nüfuza malik ölkələrdən biridir. Bu səviyyəyə çatmaq üçün biz uzun yol qət etmişik".

Bu fikirləri Newscenter-az-a ictimai siyasi fəal Anar Salehoğlu səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, mənfur qonşularımız və onların havadarları hər vəchlə Azərbaycanın daxili sabitliyini pozmağa, vətəndaş qarşıdurması və etnik-milli münaqişələr yaratmağa çalışırlar:

"Bu istiqamətdə onların hədəfə aldıqları əsas şəxs prezident İlham Əliyevdir. Qarayaxma kampaniyası aparan antiazərbaycan qüvvələr məqsədlərinə nail olmaq üçün sapı özümüzdən olan baltalardan: bədxah azərbaycanlılardan alət kimi istifadə edirlər. Xoşbəxtlikdən dövlətçiliyimizin təməlində Ulu öndər Heydər Əliyev siyasəti dayanır və onun irsi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumilli liderin və Azərbaycan xalqının etimadını doğruldan prezident İlham Əliyevin fəaliyyətinin zirvəsi 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbə oldu. Bu zəfər göstərdi ki, Azərbaycanda bütün sahələrdə çox işlər görülüb".

Anar Salehoğlu bildirib ki, dünya tarixinə nəzər salsaq görərik ki, müxtəlif xalqlar zamanında öz liderlərinin dəyərini bilmədikləri üçün böyük məhrumiyyətlərlə üzləşmiş, azadlıq, müstəqillik və sabitlik kimi ali dəyərləri itirmişlər:

"Məsələn hal-hazırda Suriya, Liviya, İraq və.s kimi ölkələrdə qarışıqlıq, terror, hərc-mərclik hökm sürür. Azərbaycan xalqı bundan nəticə çıxararaq digər xalqların atdığı yanlış addımları təkrar etməməlidir".

Anar Salehoğlu daha sonra bunları qeyd edib:

"İlham Əliyevi hədəf alanların məqsədi Azərbaycanı məhv etməkdir. Sual oluna bilər ki, niyə məhz İlham Əliyev? Çünki, onun varlığı Azərbaycanın varlığı deməkdir. O, yıxılarsa Azərbaycanı parçalamaq çox asan olacaq. Qəti şəkildə deyirəm: Əgər düşmənlərimiz müxtəlif yollarla İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırsalar Azərbaycan yuxarıda adı çəkilən və xarabaya çevrilmiş ölkələrin arasında ən ön sıralarda yer alacaq. Buna heç vaxt imkan vermək olmaz. Ona görə də müstəqilliyimizi, azadlığımızı və ərazi bütövlüyümüzü təhdid altına alan, prezidentin əleyhinə yönəlmiş təbliğat və təşviqatlara uymamalıyıq. Əksinə daha ayıq-sayıq davranaraq milli mövqe, sağlam əqidə və güclü iradə nümayiş etdirməliyik!"

Mehman
Xəbəri paylaş