Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin Ermənistana verəcəyi təhlükəsizlik zəmanətini kimsə verə bilməz -ÖZƏL

Azərbaycan və Türkiyənin Ermənistana verəcəyi təhlükəsizlik zəmanətini kimsə verə bilməz


"Parisin istəkləri Ermənistanı regionda güclü ölkə kimi görməkdir. Bu məqsədlə onu silahlandırmağa çalışır. Ermənistan da bundan şirniklənib özünün gələcəyi barədə xam xəyallara düşə bilər. Amma regionda tək bir reallıq var, o da, Azərbaycan dövlətinin ortaya qoyduğu iradədir. Bu iradədən kənar addımlar ancaq iflasa məhkumdur".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Fransanın Ermənistandakı səfirliyinin nəzdində hərbi missiya yaradılması barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Fransa keçmiş güclü ölkə kimi Ermənistana təhlükəsizlik məqsədi ilə hansısa silah vermək zəmanəti verə bilər, hətta bunu reallaşdıra da bilər:

"Amma hesab edirəm ki, artıq Ermənistan rəsmiləri bu kimi addımların onlara neçəyə başa gəldiyini görüb və anlayıblar. Bundan sonrakı silahlanmanın onlara təhlükəsizlik yox, daha böyük təhlükə gətirəcəyindən əmindirlər. Onların ritorikalarındakı mülayimlik də bunu sübut edir. Ermənistan görünən odur ki, təxribatçı addımlara uymur. Ermənistanın silahlanmasına ehtiyac olmadığını Azərbaycanın israrla sülh istəməsi sübut edir. Azərbaycan dövləti regionda sülh üçün ardıcıl və qətiyyətli addımlar atır. Amma Azərbaycanın səbri də sonsuz deyil. Azərbaycan və Türkiyənin Ermənistana verəcəyi təhlükəsizlik zəmanətini kimsə verə bilməz. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər rahat yaşayacaq".

Anar
Xəbəri paylaş