Avstraliyada elektron siqaretlərin satışına məhdudiyyət tətbiq edilib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb məktəblilər və gənclər arasında elektronik siqaretdən istifadə edənlərin artmasıdır.
Ölkənin səhiyyə naziri Mark Butler elektron siqaretlərin gənclər arasında getdikcə populyarlaşdığını və yeni nəsil nikotin aludəçilərinin meydana gəldiyini ifadə edərək, onların satışının məhdudlaşacağını açıqlayıb.
"Böyük siqaret şirkətləri, siqaretdə olduğu kimi, daha bir asılılıq yaradan məhsul icad etdilər. Onlar yeni nəsil nikotin aludəçiləri yaratmaq üçün onu parlaq qablaşdırmalara bükdülər və ləzzətlər əlavə etdilər".
Mehman