Türkiyədə mayın 14-də keçiriləcək prezident və 28-ci dönəm parlament seçkiləri üçün xaricdə bir çox ölkədə başlayan səsvermə prosesi davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Fransada keçirilən səsvermə prosesi heç də xoş olmayan olayla yadda qalıb. Belə ki, Strasburqda səsvermə məntəqəsində səs verib binanı tərk edən 4 türkün maşınına basqın edilib. Basqınçılar çəkic və digər metal əşyalarla türk seçicilərin avtomobillərinə zərər yetiriblər.
Hücuma məruz qalan gənclərin 19-20 yaş arasında olduğu öyrənilərkən, Strasburq polisi hücumdan sonra 3 nəfər şübhəlinin saxladığını bildirib.
Qeyd edək ki, Fransa xaricdə ən çox türk seçicisi olan ikinci ölkədir.
Mehman