"Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirərək ölkəmizi güclü və regionda söz sahibi olan dövlət səviyyəsinə çatdırıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, çox yox, 90-cı illərin əvvəllərinə nəzər salsaq görərik ki, dövlət və xalq olaraq necə ağır sınaqlardan keçmişik:
"Əgər ulu öndər Heydər Əliyev zamanında hakimiyyətə qayıtmasaydı bəlkə də yenə də hansısa ölkənin müstəmləkəsi olacaqdıq. Dahi şəxsiyyət Heydər Əliyevin xalqına və dövlətinə olan sevgisi ölkəmizin yenidən parçalanmasına və müstəqiliyini itirməsinə qoymadı. Vətəninə və xalqına olan sevgisini öz canından üstün tutan ulu öndər Heydər Əliyev əsasını qoyduğu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan güclü dövlətlər sırasındadır. Təbii ki, cənab prezident İlham Əliyevin zəhmətləri sayəsində. Atasının siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev ölkə müstəqilliyimizi gücləndirdi. Bu gün onun hər sahədə apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulan bütün məqsədlərin uğurla reallaşdırmağımıza imkan yaradır".
Deputat vurğulayıb ki, xüsusilə də ordu quruculuğu sahəsində görülən işlər və aparılan islahatlar sayəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi:
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məhv edərək 30 illik işğala son qoydu. Bu gün soydaşlarımız öz doğma torpaqlarına geri qayıdır.Məncə xalqımız üçün bundan böyük sevinc ola bilməz. Əminəm ki, bundan sonra da cənab prezident İlham Əliyevlə ölkəmizi uğurlu gələcək və qələbələr gözləyir"(sonxeber.az)