Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

May ayı danışıqlar baxımından surprizli hadisələrlə yadda qala bilər-POLİTOLOQ -ÖZƏL

May ayı danışıqlar baxımından surprizli hadisələrlə yadda qala bilər-POLİTOLOQ


"Vaşinqtonun bu dəfəki təşəbbüsü daha dayanıqlı görünür. İlk dəfədir bu qədər geniş tərkibdə tərəflər ABŞ-da görüşür, lakin rəsmi Vaşinqtonun prosesə sona qədər təsir etməsi və qalıcı sülhün təmin olunması üçün alətlərin olması çox önəmlidir".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, hələ ki, ABŞ diplomatik müstəvidə səylərini artıraraq tərəflər arasında sülh razılaşmasına nail olmaq istəyir:

"Lakin unutmayaq ki, İrəvanda bir tərəfdən Aİ, digər tərəfdən KTMT missiyasını dəvət edən bir hökumət var. Bu gün Rusiya kontingenti həm Ermənistan sərhədində, həm də Qarabağda var. Üçtərəfli razılaşmaların əsas moderatoru olan Rusiya bu məsələdə hansı mövqeyi tutacaq, ABŞ-a bu istiqamətdə yer verəcəkmi? Təbii ki, bütün bunların fonunda öhdəliklərini yerinə yetirə bilməyən Ermənistanın yeni təxribatlara əl atması istisna edilmir".

Politoloq daha sonra fikirlərinə belə davam edib:

"Unutmaq olmaz ki, 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə 10 Noyabr sazişi imzalanan zaman ABŞ ümumiyyətlə meydanda yox idi, indi sanki Ermənistan Rusiyanın Ukraynaya başı qarışmasından və Rusiya-Qərb qarşıdurmasından yararlanıb Vaşinqtonun vasitəçiliyi ilə sülhə nail olmaq istəyir. Lakin digər tərəfdən bunun bədəlinin ağır olacağını da anlayır. Çünki Rusiyanın bu məsələdə seyrci qalacağı inandırıcı görünmür".

Vüqar Əhmədov hesab edir ki, ABŞ üçün isə əlbəttə bunun müsbət tərəfləri var:

"Əgər Birləşmiş Ştatlar tərəflər arasında sülh müqaviləsinə nail olarsa, onun Cənubi Qafqazda mövqeləri daha da möhkəmlənəcək və sonrakı məhələdə Vaşinqton bölgədə qalıcı sülhə nail olmaq üçün davamlı işlər apara bilər. Bunun üçün Qərb yumşaq güc və xaqlar arası əlaqələrdən istifadə edib qalıcı sülhə töhfə verə bilər. Əgər bu baş verərsə, Rusiyanın regionda oyunçu kimi rolu azalmış olacaq. İstənilən halda hesab edirəm ki, may ayı danışıqlar baxımından surprizli hadisələrlə yadda qala bilər".

Mehman
Xəbəri paylaş