Keçən həftə Madriddə oynanılan və oyunçular arasında əlbəyaxa döyüş və gərginliklə başa çatan “Partizan” – “Real Madrid” basketbol matçının növbətini oyununu türk hakim idarə edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb. Belə ki, gərgin atmosferdə baş tutacaq qarşılaşmanı əsas hakim kimi Emin Moğulkoç idarə edəcək. Matçın digər hakimləri isə Borys Rızhik və Mehdi Difallah olacaq.
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsində aprelin 27-də keçirilən "Real Madrid"-"Partizan" matçında gərginlik yaşanıb.
Oruc