Bakıda və Abşeron yarımadasında mayın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var.
Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında isə, mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Sevinc