Türkiyənin artan iqtisadi gücü və istehsalın dinamikliyi ixracatın da hər ötən il artmasına gətirib çıxarır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, cari ilin aprel ayında ölkənin ixracatı 20 milyard dollara yaxınlaşıb. Belə ki, qeyd edilən müddətdə Türkiyənin ixracatı 19,3 milyard dollar təşkil edib.
Məlumata görə, keçən ilik ilk 4 ayında ixrac 80,9 milyard dollar təşkil edib. Son 12 ayda isə ixrac 4,9 faiz artaraq 251,7 milyard dollara çatıb.
Natiq