Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Əsədli vəkili ilə görüşə bilmir

Anar Əsədli vəkili ilə görüşə bilmir


Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli nin həbsindən iki həftə keçməsinə baxmayaraq,indiyədək o, vəkili ilə görüşə bilməyib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı partiyanın İcra Aparatının rəhbəri Aqil Dadaşzadə verib. Onun sözlərinə görə, vəkil Hikmət Əliyev Bakı Apellaysiya Məhkməsində Anar Əsədli şikayəti üzrə keçirilən prosesdə iştirak etsə də, onun müdafiə etdiyi şəxslə Bakı İstintaq təcridxanasında görüşməsi mümkün olmayıb:

"Bakı İstintaq təcridxanası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işlərində təqsirləndirilən şəxslə vəkilinin görüşə bilməsi üçün mütləq müstəntiqin də məktubunu tələb edir. İdarənin müstəntiqi Ramil Məmmədov isə müxtəlif bəhanələrlə bu məktubu verməkdən boyun qaçırır".

Aqil Dadaşzadə qeyd edib ki, artıq vəkil məsələ ilə əlaqədar aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıb.

Anar
Xəbəri paylaş