Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandakı Türkiyə vətəndaşları bu şəhərlərdə səs verə biləcək

Azərbaycandakı Türkiyə vətəndaşları bu şəhərlərdə səs verə biləcək


Türkiyədəki prezident və parlament seçkiləri üçün ölkədən kənarda seçimlər başlayıb. Belə ki, Türkiyədən kənardakı vətəndaşlarımız artıq seçim edə bilərlər.

Newscenter.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

O qeyd edib ki, 73 ölkədə 151 seçki məntəqəsi qurulub. Azərbaycanda Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi var.

“Türkiyədən kənarda yaşayan vətəndaşlarımız mayın 5-də səs verə biləcəklər. Belə ki, Azərbaycanda seçkilər cümə günü saat 09:00-dan axşam 21:00-a qədər Bakı, Naxçıvan və Gəncədə şəhərlərində aparılacaq”, - deyə diplomat əlavə edib.

Mehman
Xəbəri paylaş