Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfrans keçiriləcək -ÖZƏL

“Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfrans keçiriləcək


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakıda “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfras keçiriləcək.

Newscenter.az xəbər verir ki, 4-5 may tarixlərində Bakı Slavyan Universitetinin tşkilatçılığı ilə baş tutacaq beynəlxalq konfransda Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edəcək.

Qeyd edək ki, konfransın təşkilat komitəsi və Redaksiya Heyəti tərəfindən bu müddət ərzində çoxlu sayda məqalə və məruzələr qəbul edilib. Heydər Əliyev adına Hərbi Liseyin bölmə rəisi-müəllimi Ayşən Əsgərovanın "Naxçıvanda hərbi kadrların hazırlanmasında Heydər Əliyev siyasəti" mövzusunda yazdığı məruzənin tezisləri beynəlxalq konfransın Redaksiya heyəti tərəfindən qəbul olunub. Bununla bağlı təhsil ocağının müəllimi beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya dəvət edilib.

Anar
Xəbəri paylaş