Özbəkistanda keçirilən referendumu müşahidə etmək üçün bu ölkədə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Özbəkistanın aparıcı beyin mərkəzlərindən biri olan İnkişaf Strategiya Mərkəzində olub.
Bu barədə Newscenter.az-a məlumat verən Hikmət Eren bildirib ki, İnkişaf Strategiya Mərkəzinin rəhbəri və Özbəkistan Prezidenti cənab Şevkət Mirziyoyevin müşaviri olan Eldor Tulyakov ilə görüşüb.
Görüş zamanı Türkiyə və Özbəkistan arasında iqtisadi, sosial və siyasi əlaqələr, bu əlaqələrin gələcək perspektivləri barədə danışılıb. Həmçinin, hər iki qurumun 2023-cü ildə həyata keçirməyi planlaşdırdığı proqramlar, layihələr haqqında fikir mübadiləsi aparılıb.
NEWSCENTER.AZ