Ərdoğan-Kılıçlaroğlu seçimi bizi Türkiyədə olanlardan daha çox parçaladı. Mən Ərdoğanı seçdim.
Hətta indiki iqtidardan bəhrələnənlərdən bəziləri bunu iqtidar yandaşlığı saydılar?! İqtidar "tərəfdarlarının" çoxu " ingilis bayrağı" dı.
Onlar bu iqtidarı yox, onun verdiyi imtiyazları sevdilər və sabah öz buqələmun rəng və mövqelərini öz mənafeləri naminə dəyişəcəklər.
Bunları bir kənara qoyaq!
Mən niyə " Qərb" deyilən anlayışa nifrət etdim?!
Azərbaycanın ərazi bütövlüyü məsələsində "demokratik" ABŞ və Fransa ilə totalitar Rusiyanın fərqi oldumu???
Ermənistanda nə bir ev dağıldı nə bir insan mina partlayışının qurbanı oldu, nə bir yurd xarabazara çevrildi. Amma bu "demokratik" Qərb, totalitar Rusiya, "müsəlman" İran haqqın yanında oldumu???
Mən bu iqtidardan özümə qarşı ən amansız münasibəti görmüş və yaşamış insanam! Və mənə qarşı törədilmiş cinayətləri heç vaxt bağışlamayacağam! Amma Ərdoğanı öz siyasi oyunlarınızın içərisinə qatmayın! Nankorluq mənim millətimin xislətinə yaddır!!!!
Türkiyədə heç də hamı Azərbaycan üçün özün oda-közə vurmur!!! Özünüzü və millətimi yanlış yola sürükləməyin!!!
Onsuz da sizin mövqeyinizin Türkiyədəki seçkilərə zərrəcə təsiri olmayacaq! Amma sabah yenidən Türkiyənin prezidenti seçiləcək insanın Azərbaycana baölı könlünü bunca bulandırmayın!
Mənim üçün Böyük Vətən- Turanın bir parçası olan Azərbaycan və Türkiyənin maraqları önəmlidir.
Hər kəs öz yolunu gedir!!!
Arif Paşa-ehtiyatda olan zabit, keçmiş Laçın alayının komandiri