Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülhməramlılarının komandanı Bakıya gəlir -ÖZƏL

Rusiya sülhməramlılarının komandanı Bakıya gəlir


Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov sabah Bakıya gələcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı news.am yayıb. Saytın məlumatına görə, bu barədə Lentsov separatçıların lideri Arayik Arutyunyan və qondarma qurumun dövlət naziri Qurgen Nersisyanla görüşündə bildirib.

News.am “Hraparak” qəzetinə istinadən bildirir ki, bu Aleksandr Lentsovun Arayik Arutyunyanla baş tutan ikinci görüşüdür. Hər iki görüş Rusiya sülhməramlı qoşunlarının qərargahında baş tutub,

Məlumata görə, Lentsov onlar üçün də arzuolunmaz vəziyyətin yaradıldığını, lakin bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib.

Mehman
Xəbəri paylaş