Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. İndi seçkinin taleyini təkcə Türkiyə seçicisi deyil, eyni zamanda bu ölkənin inkişafını istəməyən xarici qüvvələr də həll etməkdə maraqlıdırlar. Onların əsas marağı isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə məğlub olmasıdır.
Elə Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli də bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Zəlimxan Məmmədli deyib ki, Türkiyə Cümhuriyyətində seçki gününə cəmi 11 gün qalmış maraqlı, gərgin mübarizə müşahidə edirik. Onun sözlərinə görə, elektoral baza klassikdir:
"Hər partiya və ya blokun üzvlərdən ibarət dəyişməz elektoral bazası var. İkinci qrup seçici sosial tələbatın üzərində köklənib. Üçüncü qrup seçici bu seçkiyə dünyada baş verən proseslər fonunda Türkiyənin və Türk dünyasının maraqları prizmasından yanaşan idealist, obrazlı desək dağılan dünyadan milli mənfəəti hədəfləyən seçicilərdir".
Zəlimxan Məmmədli hesab edir ki. Türkiyənin üzərinə gələnlər yeni dizayn olunan dünyada Türk millətinə haqq tanımayanlardır:
"Bu seçkidə Türkiyə haqqını almağı, yeni dünyadan maksimum mənfəətlə çıxmağı bacarmağa məhkumdur. Seçkilərın milli mənfəətlərə fayda verməsi diləyi ilə uğurlu sonuc arzulayıram".
Anar