“Azərbaycanın vətəndaş cəmiyyəti ölkəmizdə bütün sahələrdə aparılan islahatlara hər zaman dəstək verib, milli maraqlarımızın və haqq səsimizin dünyaya çatdırılması üçün səylərini davam etdirib. İkinci Qarabağ savaşında arxa cəbhədə və informasiya müharibəsində vətəndaş cəmiyyəti təşkilatları öz fəaliyyətləri ilə mübarizəyə dəstək olmağa çalışıblar”.
Bu fikirləri Newscenter.az-a “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov səsləndirib. İctimai Birlik sədri deyib ki, Xankəndi-Laçın yolunda 140 günə yaxın davam edən aksiya Azərbaycanda yumşaq gücün təntənəsi sayıla bilər:
“Bununla vətəndaş cəmiyyəti nümayəndələri beynəlxalq ictimaiyyətə və qonşularımıza sülhə nail olmaq üçün sivil mübarizəni nümayiş etdirdilər”.
Vüqar Əhmədov deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti hər zaman öz dövlətinin yanında olub və xüsusən indiki, dövlətimiz və xalqımız üçün həssas və önəmli bir dönəmdə bu mübarizəni daha geniş səviyyədə davam etdirirlər.
Mehman