Çində zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, 5,2 bal gücündə qeydə alınan yeraltı təkanlar ölkənin cənub-qərbindəki Yunnan əyalətində olub.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, zəlzələnin episentri Baoshan əyalətinin Lonqyan qraflığı olub.
Baoshan yerli hökumətindən verilən açıqlamada, zəlzələnin episentrinə yaxın 2800 evin zərər gördüyü, 10 nəfərin isə yüngül xəsarət aldığı bildirilib.
Zəlzələ zamanı elektrik, su və rabitə şəbəkələri də sıradan çıxıb. Yunnanda baş verən zəlzələdən sonra qonşu Sıçuan əyalətində də 4,5 bal gücündə zəlzələ baş verib.
Mehman