"Vətəndaş cəmiyyəti yeniləşən Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatlara uyğun olaraq öz fəaliyyətlərini qururlar, artıq beyin mərkəzi rolunda çıxış edirlər, bölgədə sülh quruculuğu və etimad mühitinin qurulmasında körpu rolunu oynayaraq mövcud potensiala malik olduğunu bir daha namayiş etdirirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti torpaqlarımız işğaldan azad edildikdən sonra qayıdış proqramına uyğun olaraq icmalarla işin qurulması, dövlət və vətəndaş cəmiyyəti arasında ələqələrin inkişafı, doğma torpaqlarına qayıdacaq məcburi köçkunlər üçün hazırlıq və maarifləndirmə proqramlarının həyata keçirilməsi, onların sosial və iqtisadi ehtiyaclarının öyrənilməsi, aktual problem olan mina məsələsi ilə bağlı əhalinin maarifləndirilməsi işində böyük fəallıq nümayiş etdirirlər:
"Bütün bunlar onu deməyə əsas verir ki, illərdir dövlətin vətəndaş cəmiyyəti sektoruna əvəzsiz dəstəyi və bu sahədə aparılan davamlı islahatlar artıq öz bəhrəsini verir və hər kəsi bu dəyərlər ətrafında birləşdirməyi bacarmışdır".
Mehman